15 C
Baku
Wednesday, April 24, 2024

Dövlət sektorunda bu sahələrə daha çox işçi axını var (Siyahı)

Cari il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1681,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 930,0 min nəfər, qeyri-dövlət sektorunda isə 751,7 min nəfər təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkədə dövlət sektorunda ən böyük artım inzibati və yardımçı xidmətlərində çalışanlar olub. Bu sektor ötən ilin eyni dövrü ilə müqayisədə 78% ilə 40,9 min nəfərə çatıb. İkinci yerdə isə maliyyə və sığorta fəaliyyəti dayanır ki, bu sahədə işləyənlərin sayı illik müqayisədə 26% artaraq 6,3 min nəfər təşkil edib.

Dövlət sektorunda ən çox azalma olan sahələr isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə çalışanlardır.

Cari ilin iyun ayına olan vəziyyətə görə, dövlət sektorunda ən çox işçi təhsil (322,4 min nəfər), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (116,5 min nəfər) və dövlət idarəetməsi və müdafiə, sosial təminat (107,1 min nəfər) sahələrində çalışır.

Banker.az olaraq Dövlət Statistika Komitəsinə istinadən il ərzində dövlət sektorunda artan və azalan sahələr üzrə siyahını təqdim edirik.lk

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər