Azərbaycanda muzdla çalışan işçilərin ümumi sayında cüzi azalma qeydə alınsa da, özəl sektorda məşğulluq artmaqda davam edir.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verilir ki, 2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 792.3 min nəfər təşkil edib. Bu rəqəm ötən ayın eyni dövrü (1 aprel 2026-cı il) ilə müqayisədə 5.3 min nəfər və ya təxminən 0.3% azdır. Aprelin 1-nə ölkədə 1 797.6 min nəfər muzdlu işçi qeydə alınmışdı.
Dövlət sektorunda çalışanların sayında azalma qeydə alınıb. Belə ki, aprelin 1-nə bu sektorda 869.5 min nəfər fəaliyyət göstərdiyi halda, mayın 1-nə bu rəqəm 6.7 min nəfər azalaraq 862.8 min nəfərə düşüb.
Özəl sektorda isə artım tendensiyası davam edib. Aprel ayındakı 928.1 min nəfərlik göstərici mayın 1-nə 1.4 min nəfər artaraq 929.5 min nəfərə yüksəlib.







