11 C
Baku
Monday, November 25, 2024

Dövlət Sığorta Şirkətinə (Azərsığorta) müvəqqəti sədirliyi 77 yaşlı şəxs icra edəcək

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb.

Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, 77 yaşlı Aftandil Hacıyev Əsgər oğlu İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edəcək. O, 1944-cü ilin 15 yanvarında dünyaya gəlib və 1968-ci ildən bu tərəfə müvafiq sahə üzrə iş təcrübəsinə malikdir. Sonuncu vəzifəsi “Azərsığorta”nın İdarə Heyəti sədrinin birinci müavini idi.

Buna qədər A.Hacıyevin müvəqqəti icra edəcəyi vəzifə vakant idi. Belə ki, “Azərsığorta”nın İdarə Heyəti sədri vəzifəsində olan Məmməd Məmmədov Prezident İlham Əliyevin 2020-ci ilin 13 mart tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdi. M.Məmmədov bu posta 13 yanvar 1993-cü ildən çalışırdı. Vəzifəsindən ayrıldıqdan 6 ay sonra isə 80 yaşında dünyasını dəyişməsi barədə yerli KİV-də xəbərlər yayılmışdı.

Digər təyinat isə “Azərsığorta”nın İdarə Heyətinə yeni üzv seçilən üzvdür. Xəyyam Hətəmov Şirin oğlu İdarə Heyətinin üzvi seçilib.

Son xəbərlər
Digər xəbərlər