19 C
Baku
Thursday, May 2, 2024

Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri ₼108 milyonu ötüb

Dövlət şirkəti 2022-ci ilin sonuna “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri 108.41 milyonu ötüb.

Banker.az bunu dövlət şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, 2022-ci ilin əvvəli yığılmış zərəri 100.13 mln. manat idi. Bu o ehtimalı yaradır ki, şirkət 2022-ci ildə 8.29 mln. manat zərər edib.

Dövlət şirkətinin aktivlərinin həcmi 1 yanvar 2023-cü il tarixinə 151.86 milyon manat, öhdəliklərinin həcmi isə 67.98 mln. manat təşkil edib.

Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.

324242343

Son xəbərlər
 ⁠
Digər xəbərlər