10 C
Baku
Tuesday, March 25, 2025

Dövlət şirkətinə məxsus törəmə şirkətlər ləğv edilir

“Dövlət Kontrakt Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“Azərkontrakt”) törəmə şirkətləri ləğv edilir.

Banker.az xəbər verir ki, ləğv edilən şirkətlər siyahısına Bakı şəhəri, Nizami rayon təsərrüfat hesablı topdansatış müəssisəsi məhdud məsuliyyətli cəmiyyət, Sumqayıt şəhər, Sabirabad, Lənkəran, Kürdəmir, Göyçay, Balakən rayon tam təsərrüfat hesablı topdansatış müəssisələri daxildir.

Həmçinin “Azərkontrakt”-a məxsus “Azərmetal” Topdan Satış Ticarət Birliyi də ləğv edilən şirkətlər siyahısına daxildir. Bu şirkət 29 yanvar 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 3 min 204 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Şahin Abbasov Bəşi oğludur.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncam əsasında“Azər kontrakt”ın ləğv edilib. Onun fəaliyyət sahələrini “SOCAR” icra edəcək

Son xəbərlər
Digər xəbərlər