4 C
Baku
Friday, February 7, 2025

Dövlət şirkətinə yeni sədr müavini təyin edilib

“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, Zaur Qabil oğlu Rəsulov İdarə Heyəti sədrinin müavini təyin edilib.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Etibar Təhməz oğlu Abbasovdur. ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini Sabit Fizuli oğlu Zeyniyev yerinə yetirir.

Təmiz şəhər Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən qurumdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama əsasən təsis olmuşdur. 2009-cu il martın 12-də “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər