“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti “Buta Construction” QSC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Daşkəsən rayonu Çovdar Filiz Emalı Sahəsinin 1-ci topa qələviləşdirmə sahəsinin təyin olunmuş hissəsində toplanmış filizlərin boşaldılması, kənarlaşdırılması və digər sahələrə yerləşdirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 2 535 619 manatdır.
Bildirək ki, qalib şirkət elan edilən “Buta Construction” QSC 2019-cu ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Azər Qurbanovdur.