“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şəki Ses” MMC-nin adı “Şəki SES” MMC-yə dəyişdirilib.
Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı 4 dəfəyə yaxın artırılaraq 2 453 900 manata çatdırılıb.
Xatırladaq ki, “ASK Şəki SES” 2019-cu ildə yaradılıb. Şirkət vahid enerji sisteminə qoşularaq Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.