3 C
Baku
Sunday, March 2, 2025

Dövlət şirkətinin nizamnamə kapitalı 7 dəfə artırılıb

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il  14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Azəristiliktəchizat” ASC-ninin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Baş nazir Artur Rasi-Zadə sənəd imzalayıb.

 

Qərara əsasən, şirkətin nizamnamə kapitalı 7,1 dəfə artırılaraq 19,266 mln. manatdan 136 684 980 manata çatdırılıb.

Bunun üçünASC dövriyyədə olan, 20 manat məbləğində nominal dəyərə malik səhmlərinin sayı 963 300-dən 6 835 249-a artırılıb.

Rəsmi sənəddə o da bildirlir ki, “Azəristiliktəchizat”a, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasna bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, Səhmdar Cəmiyyətin 2016-cı ilinhesabatına görə, “Azəristiliktəchizat”ın zərəri 117 mln. manatı ötüb.

Hesablama Palatasını da bu qurum haqda mənfi rəylə yadda qalmışdı. Belə ki, Palatanın 1 aprel 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrdə “Azəristiliktəchizat” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrində qeyd edilmişdi ki, xərclər və gəlirlərin hesabatında ciddi nöqsanlar aşkarlanmışdı.

Son xəbərlər
Digər xəbərlər