13 C
Baku
Wednesday, May 8, 2024

Dövlət şirkətlərində işə qəbul qaydası dəyişəcək

Dövlət şirkətlərində işə qəbul üçün yeni mexanizm tətbiq olunacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərlə birlikdə dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə işə qəbul prosedurlarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməsini təmin etməlidir.

Beləliklə, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə işə qəbul prosedurlarında şəffaflığın artırılması ilə bağlı yeni mexanizmlər tətbiq olunacaq.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər