Dövlət Sosial Müdafiə Fondu 5.2 milyon manata ofis icarəyə götürüb

Dövlət Sosial Müdafiə Fondu Qaze Həsən Qızı Həsənova ilə 5.2 milyon manatlıq iki müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 3.481.812 manatdır.

2-ci müqavilədə Fondun Maddi – Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1.668.600 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər