14 C
Baku
Friday, November 22, 2024

Dövlət Sosial Müdafiə Fondu keçən il investisiya portfelindən 20 mln. manat gəlir əldə edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) keçən ildən başlayaq sərbəst vəsaitinin investisiyaya yönəldilməsindən 19 milyon 764 min manata yaxın faiz gəliri əldə edib.

Banker.az bu barədə DSMF-nin illik audit hesabatına istinadən xəbər verir.

Belə ki, 2023-cü ilin sonuna olan göstəriciyə görə, DSMF-nin investisiya qiymətli kağızlarının həcmi 938 mln. manat təşkil edir.

Xatırladaq ki, qanunvericiliyə görə, Fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir. Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir.

Son xəbərlər
Digər xəbərlər