13 C
Baku
Saturday, November 23, 2024

Dövlət Sosial Müdafiə Fondu zərərdən mənfəətə keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2022-ci ildə 24 milyon 360 min manat mənfəət əldə edib. DSMF əvvəlki ildə isə 4 milyon 690 min manat zərər etmişdir.

Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fondunun maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə DSMF-nin ümumi inzibati xərcləri 11 milyon 284 min manat, sair gəlirləri 3 milyon 601 min manat təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun cəmi aktivləri 5 milyard 906 milyon manat, cəmi kapitalı 52 milyon 297 min manat, cəmi öhdəlikləri isə 5 milyard 854 milyon manat olub.

 

Son xəbərlər
Digər xəbərlər