Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs “Aim Texas Trading” MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Fondun Həsən bəy Zərdabi 80 ünvanında inşası nəzərdə tutulan yeni inzibati binasının layihələndirmə işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 237 999 manatdır.
Qeyd edək ki, Aim Texas Trading, LLC dünya miqyasında beynəlxalq məsləhət və texniki yardım üzrə ixtisaslaşmış Texas mərkəzli şirkətdir. Şirkətin baş ofisi ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşir.