Dövlət Sosial Müdafiə Fondunun aktivləri 2024-ce ildə bir qədər də yüksələrək 10.045 mlrd. manata çatıb.
Banker.az bunu Fondun illik audit hesabatına istinadla xəbər verir.
Belə ki, 2024-cü ilin əvvəlində DSMF-in aktivlərinin həcmi 7.909 mlrd. manat olduğunun nəzərə alsaq cəmi aktivlərin son bir ildə 2.136 mlrd. manat və ya 27 faiz artması deməkdir.
Uzunmüddətli aktivlərin həcmi illik müqayisədə 2.124 mlrd. 30 faiz artımla 9.283 mlrd. manata yüksəlib. Aktivlərin 8.036 mlrd. manatı dövlət büdcəsindən öhdəliklərin üzrası üzrə debitor borclardır.
Fond 2023-cü ildən etibarən istiqraz və depozitlər yerləşdirməklə investisiya imkanlarına çıxış əldə edib. 2023-cü ildə 56 milyon manatlıq investisiya portfeli 2024-cü ilin əvvəlinə 80 milyon manata yüksəlib.
Fondun faiz gəlirlərinin həcmi 2023-cü ildə 20 mln. manat olduğu halda 2024-cü ildə 106 mln. manata yüksəlib.