-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 70% artdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi davam edir. 2018-2023-cü illərdə DSMF-nin gəlir və xərcləri 70 faiz artaraq 6 mlrd. 264 mln. manata, sosial sığorta daxilolmaları 2.1 dəfə artaraq 4 mlrd. 784 mln. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı sistemlərinə başlanıb. Ötən dövrdə 560 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaş müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan elektron sistem üzərindən proaktov qaydada aparılıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər