6 C
Baku
Monday, March 2, 2026

Dövlət Sosial Müdafiə Fondunun inzibati binası 4 milyon manata təmir ediləcək

Dövlət Sosial Müdafiə Fondu binasının əsaslı təmiri ilə bağlı 3,7 milyon manatlıq müqavilə bağlanıb.

Banker.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri işlərinin satın alınmasını həyata keçirib.

Keçirilmiş satınalma prosedurunun nəticələrinə əsasən, qalib şirkət TVM İnşaat MMC olub.

Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 3 769 403 manat təşkil edir. Layihə çərçivəsində inzibati binada əsaslı təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər