Bu ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur.