23 C
Baku
Monday, September 16, 2024

Dövlət Statistika Komitəsi avto-parkını “Khazar SD”lərlə əvəzləyir: hər biri 16,500 manata

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Nefçala Avtomobil Zavodunda istehsal edilən, yeni avto-brend Khazar SD avtomobillərini satın alıb.

Banker.az-ın xəbərinə görə, DSK müqaviləni istehsalçı müəssiə “Azərmaş” ASC ilə bağlayıb.

Məlumata görə, “Azərmaş” hər bir avtomobilin qiyməti 16,500 manat olmaqla 17 ədədini Dövlət Komitəsinə verəcək. Bununla da cari il ərzində eyni marka ilə DSK 49 ədəd almalı olub.

Bildirək ki, “Azərmaş” hələki bu avtomobilləri dövlət qurumlarına 16,500 manatla satmaqda davam edir. Sonuncu belə bir müqaviləni məhz DSK ilə bağlamışdı və həmin zaman da eyni qiymət ilə 32 avtomobil almışdı – söhbət cari ilin 1 avqustundan gedir.

Qiymət dəyişimi isə sonuncu dəfə ötən ilin bu vaxtlarında Mənəvi Dəyərlərin Təbliği Fonduna 16,350 manata 22 avtomobil satılmışdı.

 

Son xəbərlər
Digər xəbərlər