19 C
Baku
Sunday, April 28, 2024

Dövlət Statistika Komitəsi: Azərbaycanda cəmi 250 min işsiz var

2023-cü ilin sonuna Azərbaycanda işsizlik səviyyəsinin 5.5 faiz səviyyəsində sabit qaldığı məlum olub. Bu da son yarım ildə işsizlik səviyyəsinin eyni qaldığını göstərir.

Banker.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi belə açıqlayır.

Ölkənin iqtisadiyyatında əsas göstəricilərdən olan işsizlik səviyyəsi ilin əvvəlində 5.6% təşkil edirdi.

DSK-nin əldə etdiyi ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı ölkədə 5 milyon 249.7 min nəfər olub ki, onlardan 4 milyon 963.3 min nəfərini məşğul əhali təşkil edib. Bu da ölkədə yanvarın 1-ə 286.4 nəfər şəxsin işsiz olduğu deməkdir. Məsələn, ilin əvvəlində işsizlərin sayı 301.5 nəfər idi.

Azərbaycanda iqtisadi artım 2023-cü ildə 1.1% təşkil etmişdi. Belə ki, ümumi daxili məhsul istehsalının dəyəri 123 milyard manat (72.3 mlrd. ABŞ dolları) olmuşdu.

31212312321123

İşsizlik iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisə hesab edilir. İşsizlər dedikdə isə hazırda işi olmayan, iş axtarışında olan və işə yararlı şəxslər daxildir. Burada əsas məsələ şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər