Azərbaycan Respublikası əhalisinin 2024-cü ilin ilk 4 ayı üzrə nominal gəlirləri 24 mlrd. 579.9 mln. manata yüksəlib.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
Bu da illik müqayisədə 4.3 faiz artım deməkdir.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 2 412.9 manat olub.
Bu da adambaşına düşən nominal gəlirlərin illik müqayisədə 3.8 faiz artması deməkdir.
DSK-nin iki gün öncə açıqlanan rəqəmlərinə əsasən, ölkədə illik inflyasiya 0.0 faiz, orta illik isə 0.7 faizdir. Aylıq isə hətta 0.1 faiz deflyasiya olub.
Digər statistikaya əsasən, Əhalinin sayı 2024-cü il 01 aprel 10 milyon 189.8 min nəfər olmaqla illik 0.5 faiz, orta aylıq əməkhaqqı isə 985.3 manat olmaqla 9.3 faiz artıb.