8 C
Baku
Wednesday, November 6, 2024

Dövlət Statistika Komitəsi: Azərbaycanda orta aylıq nominal əmək haqqı $277-dır

1 dekabr 2016-cı il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 494,3 manat (cari məzənnə ilə $276,6 – İF-Az) təşkil edir ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

2016-cı il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 514,4 min nəfər olub, onlardan 889,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,2%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, 6,0%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Son xəbərlər
Digər xəbərlər