12 C
Baku
Tuesday, November 19, 2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ISO beynəlxalq standartının tələblərinə uyğunluq üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi üçün açıq tender elan edib.

Banker.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 30-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 7-si, saat 18:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 27 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə sentaybrın 8-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər
Digər xəbərlər