Dövlət Turizm Agentliyi Bakı Media Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 6 030 259 manatdır.