-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət Turizm Agentliyi səlahiyyətinə dair dəyişiklik: Bu məsələni Mərkəzi Bankı ilə razılaşdırmalıdır

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.0.13-cü yarımbənddə “, Qoruqların” sözü “və Qoruqların” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “və xarici turistlər üçün Azərbaycan Respublikası ərazisində turizm marşrutlarını” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda (Agentliyin vəzifələri) 3.0.30-2 – 3.0.30-7-ci, 4.0.13-1-ci və 4.0.13-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.30-2. turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etmək;

3.0.30-3. mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını müəyyən etmək;

3.0.30-4. Turizm Reyestrinin aparılmasını təmin etmək;

3.0.30-5. turizm ehtiyatları ilə bağlı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin etmək;

3.0.30-6. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, turistlərin hüquq və vəzifələri barədə məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görmək;

3.0.30-7. turizm sənayesi subyektlərinin etik davranış kodekslərini təsdiq etmək, mediada və rəsmi internet saytında dərc etmək;”;

“4.0.13-1. turizm marşrutlarını təsdiq etmək;

4.0.13-2. turizm sənayesi subyektləri üçün müsabiqələr keçirmək və fərqləndirici nişanlar təsis etmək, həmin müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların verilməsi meyarlarını müəyyən etmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2022-ci il

Son xəbərlər
Digər xəbərlər