13 C
Baku
Tuesday, May 7, 2024

Dövlət Turizm Agentliyi turizm sərgisində sərgi stendinin quraşdırılmasına 75 min manat xərcləyəcək

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi  “Smartexpo” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə 2024-cü ilin 6-9 fevral tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin ümumi dəyəri isə 75 912 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər