Dövlət Turizm Agentliyi turlar üçün 1.2 milyon manat xərcləyəcək

Dövlət Turizm Agentliyi “STİ Travel” MMC ilə 1.2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 2022-ci ildə xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 209 257 manatdır.

Qeyd edək ki, “STİ Travel” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Viktoriya Hüseynovadır.

Son xəbərlər
Digər xəbərlər