7 C
Baku
Friday, February 6, 2026

Dövlət və bank sektorunu hədəfləyən kiberhücumlar araşdırılıb

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırıb.

Bu barədə Xidmətdən bildirilib.

Məlumata görə, təhlil nəticəsində hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədildiyi müəyyən edilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.

Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.

Qeyd edilib ki, qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.

Son xəbərlər
Digər xəbərlər