14 C
Baku
Sunday, November 24, 2024

Dövlət Vergi Xidməti ƏDV-nin diferensiallaşdırılmasının əleyhinədir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əlavə dəyər vergisinin (ƏDV) diferensiallaşdırılmasının əleyhinədir.

Bu barədə qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında açıqlama verib.

“Diferensial ƏDV tətbiq edən bəzi ölkələrdə bununla bağlı problemlər var, sui-istifadə halları ola bilər. Alternativ variant ƏDV üzrə geri ödənilən məbləğlərin artırılması ola bilər və bu, nəzərdə tutulub”, – o deyib.

Xatırladaq ki, ƏDV-nın diferensiallaşdırılmasl təklif ilə deputat Vahid Əhmədov çıxış edib.

Hazırda Azərbaycanda əlavə dəyər vergisinin dərəcəsi 18 % təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər