İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Faktor Qrup-S-1” QSC ilə 1.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 435 140 manatdır.
“Faktor Qrup-S” QSC-nin hüquqi ünvanı Bakı, Nizami rayonu, Heydər Əliyev pr, ev 189-dur. 2 574 640 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Elvin Quliyevdir.