İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda vergi borcu olan şirkətin rəhbərinin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, çıxışına “stop” qoyulması istənilən 2006-cı ildən bu tərəfə dövlət qeydiyyatında olan “Rabitel” MMC-nin rəhbəridir.
Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bununla bağlı 4 aprel 2023-cü il tarixinə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi olan “Rabitel” MMC-nin direktoru (icra orqanının rəhbərinin) Cəlal Muxtarlı Kamal oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı ilə bağlı müraciət edib.
İşə Ülkər Həsənova hakim təyin edilib.
4 aprel 2023-cü il tarixinə “Raitel”in 13 107.19 manat vergi borcu olduğu göstərilir. Qeyd edək ki, şirkət rəhbəriinin ölkədən çıxışına “stop” qoyulub- qoyulmayacağı məhkəmənin qərarından aslı olacaq.
“Rabitel” MMC-nin (1700660381) 2006-cı ildə yaradııb. Onun cəmi 20 manat nizamnamə kapitalı var.