13 C
Baku
Friday, November 22, 2024

Dövlət Vergi Xidməti ötən il 139 milyon manat ƏDV-ni geri qaytarıb

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvəkkil banklar vasitəsilə 138,5 milyon manat əlavə dəyər vergisini (ƏDV) istehlakçılara geri qaytarıb. 2020-ci ildə bu rəqəm 33,4 milyon manat təşil edib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.

“Ötən il onlayn kassa aparatları ilə dövriyyənin məbləği əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb. Bu artımda “ƏDV geri al” layihəsinin mühüm rolu var. Məqsəd-hədəf baxımından layihə ilə sıx koordinasiya olunmuş bu rəqəmsal həll pərakəndə ticarət və ictimai iaşə sektorunda iqtisadi münasibətləri əhəmiyyətli şəkildə şəffaflaşdırıb, – deyə o, qeyd edib.

Bundan başqa, O.Nəzəlinin sözlərinə görə, yaxın gələcəkdə e-taxes.gov.az portalının yeni versiyasının işə salınması nəzərdə tutulub: “Bu layihə demək olar ki, yekunlaşıb və yaxın vaxtlarda istifadəyə veriləcək, sahibkarlara imkan yaradacaq ki, onlar daha sadə və asan formada əməliyyatlar aparsın. Həmin portal bu vaxta qədər göstərilən xidmətlərlə yanaşı yeni xidmətlər də təqdim edəcək. Həmçinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi”miz (AVİS) yenilənəcək”.

Son xəbərlər
Digər xəbərlər