“Şiray” MMC-nin rəhbərinin ölkədən çıxışına qadağa qoyulur.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə Bakı Kommersiya Məhkəməsində Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan (xüsusi icraat) ibarətdir.
Qedy edək ki, “Şiray” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Mustafa Yığıttekin-dir. Şirkətin 17.11.2022-ci il tarixinə vergi borcu 5679.93 manat təşkil edir.