2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Vergi Xidməti vergi borcu xidmətini elektronlaşdırıb

Banker.az-ın məlumatına görə, Dövlət Vergi Xidməti vergi borcu xidmətini elektronlaşdıra bilib Dövlət Vergi Xidməti açıqlayıb ki, dövlət satınalmalarında iştirak edən sahibkarlar tərəfindən vergi borcu haqqında arayışın təqdim olunması xidməti elektronlaşdırılıb. Təqdim edilən arayış “etender.gov.az” portalı vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Xidmətin elektronlaşması Antiinhisar Dövlət Xidməti və DVX bazalarının inteqrasiyası əsasında mümkün olub. Qeyd edək ki, indiyədək sahibkarlar bu xidməti DVX -yə müraciət etməklə kağız formada əldə edirdilər. Bir həftə ərzində alınan bu arayışı sahibkarlar scan edərək portala yükləyirdilər. DVX tərəfindən gec təqdim olunan arayışlar isə yekunda bəzi sahibkarların tenderdə iştirakını mümkünsüz edirdi.

Son xəbərlər
Digər xəbərlər