13 C
Baku
Sunday, November 24, 2024

Dövlət Vergi Xidməti vergi borcuna görə şirkəti məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi “Qum-Çınqıl” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, şirkətə qarşı İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – vergi məsələləri üzrə qaldırılıb.

İddia Şirvan İnzibati Məhkəməsində hakim Hilal Nəcəfovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Qum-çınqıl” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Nizami Məmmədovdur. 08.03.2023-cü il tarixinə şirkətin vergi borcu 13196.41 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər