19 C
Baku
Wednesday, October 1, 2025

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü fəaliyyətə qəbul elan edir!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində təcrübə qazanmaq, vergi biliklərini artırmaq və əldə olunan təcrübəni təsdiqləyən sertifikat əldə etmək üçün könüllü fəaliyyətə qeydiyyat aparılır.

Təhsil səviyyəsindən asılı olmayaraq 35 yaşadək hər bir şəxs könüllü kimi fəaliyyət göstərə bilər.

Könüllülük fəaliyyətinin müddəti həftə ərzində 5 iş günü ərzində 4 saat olmaqla 2 ay davam edir.

Qeydiyyat linki: https://forms.gle/g4vgWTEJHXm4pauB9

Qeyd: Hazırda könüllü fəaliyyət üçün tələbat, əsasən, regionlarda yerləşən xidmət mərkəzlərindədir. Sənəd qəbulu davamlı olaraq aparılır. Könüllülərə yaranan zərurət əsasında müraciətetmə ardıcıllığı nəzərə alınmaqla müraciət etmiş şəxslərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər