1 C
Baku
Thursday, February 5, 2026

Dövlət Vergi Xidməti yanvarda 2.05 mlrd. manat vergi toplayıb

2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 50.3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50.3 milyon manat çoxdur.

Banker.az xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467.1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42.1 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88.9 milyon manat və ya 6.5 faiz artıb.

Ödənilən vergilərin 71.6 faizi qeyri-neft-qaz sektorunun, 28.4 faizi isə neft-qaz sektorunun payına düşüb.

2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468.0 milyon manat olub. Bu mənbədən daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz və ya 24.6 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8.2 faiz artaraq 347.5 milyon manata yaxın təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7.4 faiz artıb və 17.2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10.9 faiz artaraq 14.5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin yanvar ayına nisbətən 1 faiz artıb və 80.2 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2.4 faiz artaraq 62.4 milyon manatdan artıq təşkil edib.

Son xəbərlər
Digər xəbərlər