İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qeyri-yaşayış sahəsi icarəyə götürüb.
Banker.az xəbər verir ki, nazirlik “Araz LTD” Məhdud Məsuliyyətli Müəssisəsi və Atakişiyev Aqil Gürşad oğlu ilə qeyri-yaşayış sahəsi icarəyə götürülməsi üçün müqavilə bağlayıb.
Dövlət Vergi Xidməti buna görə “Araz LTD” Məhdud Məsuliyyətli Müəssisəsinə 22 090 manat, Atakişiyev Aqil Gürşad oğluna isə 184 628 manat ödəyəcək.
2 Müqavilənin dəyəri (icarə haqqı) 206 718 manatdır.