İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini təyin edilib.
Banker.az xəbər verir ki, bu, Samir Əhməd oğlu Seyidəhmədlidir.
O, bundan əvvəl Baş idarənin rəis müavini idi.
Samir Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.
Qeyd edək ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi DVX-nın strukturundadır və onun rəisi müvəqqəti olaraq Vüsal Eynullayevdir.