14 C
Baku
Friday, November 22, 2024

Dövlət Vergi Xidmətində yeni təyinat

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Mirzə Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə rəis təyin edilib.

O, buna qədər Vergi auditi Baş İdarəsinin rəis müavini idi.

Mirzə Mirzəyev Bakı Dövlət Universitetində İqtisadi kibernetika üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər