12 C
Baku
Saturday, November 23, 2024

Dövlət Vergi Xidmətinin rəisinə yeni müavini təyin olunub

Emil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb.

E. Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini oldu.

O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər