Dövlət Vergi Xidmətinin strukturuna bir sıra dəyişikliklər edilib. Banker.az bu barədə DVX-nin saytına istinadən xəbər verir.
DVX-nin Beynəlxalq Əlaqələr Baş İdarəsi ləğv olunub və onun səlahiyyətləri bir neçə başqa struktur arasında bölüşdürülüb.
Xidmətin tərkibində Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi, Xidmətin aparatında isə Protokol bölməsi yaradılıb.
Yeni struktur vahidlərinin rəhbərliyinə hələlik təyinat yoxdur.