14 C
Baku
Sunday, November 24, 2024

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 2024-cü ildə 7.5% azalacaq- proqnoz

2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41.1 faizini və ya 13 milyon 865 milyon manat təşkil edəcək.

Banker.az bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir.

Bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 122 milyon manat və ya 7.5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 678 milyon manat və ya 10.8 faiz azdır.

Qeyd edək ki, bugünkü açıqlamada bildirilir ki, 2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətləri üzrə həm sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, həm də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.

Sənəddə qeyd edilir ki, fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub.

Eyni zamanda sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi nəzərdə tutulub.

 

Son xəbərlər
Digər xəbərlər