Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451.4 milyon manat vəsait daxil olub.
Bu barədə Banker.az-a Nazirlikdən bildirilir.
Bu da proqnoza nisbətən 970.7 milyon manat və ya 10.2 faiz çoxdur.
Həmçinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097.0 milyon manat və ya 64.5 faiz çoxdur.
Daxilolmaların 59.2 faizi və yaxud 6191.7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498.9 milyon manat və ya 31.9 faiz çox olub.