21 C
Baku
Wednesday, April 2, 2025

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Bugünədək ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 mənzil satılıb.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.

Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi – 4,7 mlrd. manat təşkil edib ki, onun da 3,3 mlrd. manatı və ya 81,4%-i dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı keçib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər