Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 43 065 borcalana 2 milyard 486.525 milyon manat kredit verib.
Bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349.759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 283 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.