23 C
Baku
Thursday, April 25, 2024

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 mlrd. manata yaxınlaşır

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 43 295 borcalana 2 milyard 506.041 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349.759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 287 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər