9 C
Baku
Thursday, December 12, 2024

Dövlət xəzinəsi 37.5 mln. manat borclandı

15 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108006948 ISIN-li, 25 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.6833 AZN (7%) və 100.6589 AZN (4.85%) manat olan 22 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.8399 AZN (5.5%) manat, orta ölçülmüş qiyməti 97.9426 (5.4759%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 103,382,100.00 manat, yerləşdirilmiş həcmi isə 37,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 9 fevral 2027-ci il.

Hərrac iştirakçıları 16 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər