13 C
Baku
Saturday, November 23, 2024

Dövlət xəzinəsi 40 mln. manat borclandı

2023-cü il 14 mart tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201040067 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən bildirilir.

AZ0201040067 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 142,2 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 40,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94,5723 (gəlirlilik 9,1083%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 10 mart 2026-cı ildir.

Son xəbərlər
Digər xəbərlər