22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 mln. manat və 100 mln. manat həcmində, 728 gün (2 illik) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) və 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
728 günlük. Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 88.6082 (11%) manat və 98.1302 (5.5%) manat olan 23 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.2121 (6%) manat, orta ölçülmüş qiyməti isə 97.2974 (5.9533%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 138,054,000 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 23 noyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
İstiqrazların ödəmə tarixi 19 noyabr 2024-cü ildir.
364 günlük. Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9544 (9.9999%) manat və 96.0822 (4.1%) manat olan 27 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.3533 (4.8999%) manat, orta ölçülmüş qiyməti isə 95.9490 (4.2452%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 436,032,500.00 manat, yerləşdirilmiş həcmi isə 93,453,200.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21.11.2023-cü ildir.
Hərrac iştirakçıları 23 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.